İranın xarici işlər naziri Abbas Araqçı ölkədəki etirazlarla bağlı son vəziyyətin tam nəzarətə götürüldüyünü və internetə çıxışın tezliklə bərpa ediləcəyini açıqlayıb.
Postxronika.az xəbər verir ki, nazir ABŞ Prezidenti Donald Trampın hərbi müdaxilə barədə xəbərdarlığına sərt reaksiya verərək, bu cür bəyanatların xarici müdaxiləni stimullaşdırdığını bildirib. Araqçı rəsmi Tehranın həm hərbi qarşıdurmaya, həm də diplomatik danışıqlara hazır olduğunu vurğulayıb.
Xatırladaq ki, 2025-ci ilin dekabrından iqtisadi çətinliklər səbəbindən başlayan aksiyalarda insan haqları təşkilatlarının məlumatına görə, yüzlərlə şəxs həyatını itirib, minlərlə insan isə həbs edilib.
Şəhərlərə yayılan nümayişlərdə çox sayda təhlükəsizlik əməkdaşı və mülki şəxsin zərər çəkdiyi qeyd olunur. Hazırda İran hakimiyyəti beynəlxalq təzyiqlər fonunda daxili sabitliyi bərpa etməyə çalışır.