İranda milli valyutanın kəskin dəyər itirməsi ilə 28 dekabr 2025-ci ildə başlayan iqtisadi etirazlar qısa müddətdə rejim əleyhinə nümayişlərə çevrilib. 


Postxronika.az xəbər verir ki, paytaxt Tehranla yanaşı, Təbriz, Məşhəd və İsfahan kimi iri şəhərləri bürüyən hadisələrdə indiyədək 544 nəfərin həyatını itirdiyi bildirilir. Hökumət nümayişlərin genişlənməsinin qarşısını almaq üçün ölkə boyu internetə çıxışı məhdudlaşdırıb.



Ali rəhbər Əli Xamenei iqtisadi tələblərin qanuni olduğunu desə də, xarici güclərin dəstəklədiyi "təxribatçılara" qarşı sərt tədbirlərin görüləcəyini bəyan edib. Digər tərəfdən, Prezident Məsud Pezeşkiyan xalqın narazılığına görə məsuliyyəti öz üzərinə götürərək diyaloq tərəfdarı olduğunu bildirsə də, iğtişaşlara yol verməyəcəklərini vurğulayıb. 


ABŞ Prezidenti Donald Tramp isə etirazçıların öldürüləcəyi təqdirdə İrana hərbi zərbə endirəcəyi ilə hədələyib. O, həmçinin İranda kəsilən interneti "Starlink" vasitəsilə bərpa etmək üçün İlon Maskla danışacağını qeyd edib.