Rusiya Prezidenti Vladimir Putin sentyabrın 16-da keçiriləcək parlament seçkiləri ilə bağlı televiziya vasitəsilə xalqa müraciət edəcək.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, müraciət Bakı vaxtı ilə saat 18:00-da yayımlanacaq. Peskov qeyd edib ki, belə çıxışlar seçkilərdən bir neçə gün əvvəl ənənəvi olaraq edilir. Rusiyada Dövlət Dumasına seçkilər sentyabrın 18-20-də keçiriləcək.
Nuray Qafarzadə