Kosovonun keçmiş prezidenti Haşim Taçi Haaqadakı Kosovo üzrə hərbi cinayətlər tribunalında qətl, işgəncə və qanunsuz həbs də daxil olmaqla hərbi cinayətlərdə təqsirli bilinib.

Postxronika.az Reuters-ə istinadən xəbər verir ki, 58 yaşlı Taçi 1990-cı illərdə Kosovo Azadlıq Ordusunun yüksək rütbəli komandiri olduğu dövrdə törədilən cinayətlərə görə 25 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə onun 96 nəfərin öldürülməsində, 385 nəfərin qanunsuz saxlanılmasında, 303 nəfərə işgəncə verilməsində və 49 nəfərlə qəddar rəftarda təqsirli olduğunu bildirib. Hakimlər Taçinin cinayətlərin törədilməsində fəal iştirak etdiyini və onları təşviq etdiyini qeyd ediblər.

Nuray Qafarzadə