Şimali Koreya lideri Kim Çen In qlobal vəziyyətin mürəkkəbləşdiyi bir vaxtda ölkəsinin Rusiya ilə etimad və həmrəyliyi gücləndirdiyini bildirib.

Postxronika.az TASS-a istinadən xəbər verir ki, Kim Çen In bu barədə Rusiyanın Prezidenti Vladimir Putinə göndərdiyi teleqramda qeyd edib. O, Moskva ilə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində Pxenyanın mövqeyinin dəyişməz olduğunu vurğulayıb. Şimali Koreya lideri Rusiyanın təhlükəsizlik maraqlarını və beynəlxalq ədaləti müdafiə etmək uğrunda apardığı müharibədə qələbə qazanacağına inandığını bildirib. Kim Çen In Rusiya xalqına dəstəyini davam etdirəcəyini və ölkəyə qələbə arzuladığını deyib.

Nuray Qafarzadə