"Liverpul"un vingeri Federiko Kyeza sabiq komandası "Yuventus"a qayıtmağa hazırlaşır. Turin klubu keçmiş oyunçusunu satınalma hüququ ilə icarəyə götürmək niyyətindədir.

Postxronika.az xəbər verir ki, insayder Nikolo Şiranın məlumatına görə, tərəflər gələn həftənin əvvəlində müqavilə şərtlərini müzakirə edəcəklər. "Mersisaydlılar" keçid üçün birdəfəlik satışa üstünlük versələr də, danışıqların gedişi fərqli ola bilər. Qeyd edək ki, 2024-cü ildə İngiltərə təmsilçisinə qoşulan Kyeza cari mövsümdə 20 oyunda cəmi 2 qol vura bilib. Onun hazırkı klubu ilə müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub