Hollivudun mükafat mövsümünün açılışı hesab edilən 83-cü "Qızıl Qlobus" təqdimat mərasimində ilin ən yaxşı kino və televiziya layihələri mükafatlandırılıb.

Postxronika.az xəbər verir ki, gecə qaliblərin sevincindən daha çox səhnədə yaşanan siyasi və yumoristik hadisələrlə yadda qalıb. Xüsusilə aktyor Corc Kluninin səhnədə fransızca danışaraq Donald Trampa üstüörtülü mesaj göndərməsi böyük marağa səbəb olub. Mərasimdə həmçinin repçi Snup Doqqun çıxışına tətbiq edilən senzura və Timoti Çalametin sevgilisi Kayli Cennerə xüsusi təşəkkürü gündəm yaradıb. Qaliblər sırasında Vaqner Moura mükafatı qazanan ilk braziliyalı, 16 yaşlı Ouen Kuper isə tarixin ən gənc laureatı kimi adlarını yazdırıblar.