Rusiya hərbçiləri keçirdikləri xüsusi əməliyyat nəticəsində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus F-16 döyüş təyyarəsini iki S-300 raketi ilə məhv ediblər.
Postxronika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatına açıqlamasında əməkdar hərbi pilot, general-mayor Vladimir Popov məlumat verib. O bildirib ki, hədəfin müəyyən edilməsi cəmi 30-40 saniyə çəkib və dərhal döyüş əmri icra olunub. Mütəxəssis vurğulayıb ki, qarşı tərəfin elektron müharibə sistemlərindən istifadə etməsinə baxmayaraq, S-300 kompleksləri üçün bu qırıcıları zərərsizləşdirmək çətin deyil. Həmçinin, "Sever" çağırış işarəli hərbi qulluqçu qırıb F-16 ilə yanaşı, PUA və ATACMS raketlərinin də sıradan çıxarıldığını təsdiqləyib.