Məşhur həkim və teleaparıcı Aleksandr Myasnikov bayram günlərində həddindən artıq qida qəbulu ilə bağlı yayılmış yanlış fikirlərə aydınlıq gətirib.
Postxronika.az xəbər verir ki, mütəxəssis "Rossiya 1" kanalındakı çıxışında böyük miqdarda xolodets (jeleli ət) yeməyin qaraciyərə birbaşa zərər vurmadığını bildirib. Onun sözlərinə görə, bu cür yağlı və ağır qidalar qaraciyəri deyil, daha çox mədəaltı vəzi və mədəni yükləyərək qastrit və ya pankreatitə yol aça bilər. Myasnikov əlavə edib ki, yeməkdən sonra yaranan ağrı və gəyirmə kimi hallar heç də həmişə qaraciyər xəstəliklərindən xəbər vermir. Qeyd edək ki, daha əvvəl diyetoloqlar da bayram süfrələrində ifrat qida istehlakının fəsadları barədə xəbərdarlıq etmişdilər.