Rusiyada keçirilən seçkilərdə 4,6 milyondan çox seçici vaxtından əvvəl səs verib.

Postxronika.az TASS-a istinadən  xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova məlumat verib.

Onun sözlərinə görə, erkən səsvermədə 4 milyon 663 min 960 nəfər iştirak edib. Pamfilova bildirib ki, hərbi vəziyyətin tətbiq olunduğu 12 regionda 4,4 milyondan çox seçici səs verib. Rusiyada parlament seçkiləri sentyabrın 18-dən 20-dək keçirilir və 10 siyasi partiya mübarizə aparır.

Nuray Qafarzadə