Rusiya Prezidenti Vladimir Putinin iqtisadi məsələlər üzrə nümayəndəsi və Almaniyanın AfD partiyasının rəhbərliyi gələn il Rusiya qazının Almaniyaya tədarükünün bərpasını müzakirə etmək üçün görüşə hazırlaşır.

Postxronika.az Reuters-ə istinadən xəbər verir ki, görüşün mart ayında keçirilməsi planlaşdırılır. Görüşdə Rusiyanın suveren sərvət fondunun rəhbəri Kirill Dmitriyev, AfD-nin həmsədrləri Alisa Vaydel və Tino Xrupalla iştirak edə bilərlər. Məlumata görə, toplantının keçirilməsi Rusiya ilə Ukrayna arasında əvvəlcə sülh çərçivəsinin razılaşdırılmasından asılı olacaq. Görüş üçün İsrail, Birləşmiş Ərəb Əmirlikləri və Hindistan mümkün məkanlar kimi nəzərdən keçirilir.

Nuray Qafarzadə