Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Marko Rubio arasında Nyu-Yorkda görüş keçirilməsi planlaşdırılır.

Postxronika.az TASS-a istinadən xəbər verir ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova görüşün BMT Baş Assambleyasının sessiyası çərçivəsində təşkil edildiyini bildirib.

Onun sözlərinə görə, danışıqlarda Ukrayna məsələsi əsas mövzulardan biri olacaq. BMT Baş Assambleyasının yüksək səviyyəli ümumi müzakirələri sentyabrın 22-dən 26-dək keçiriləcək. Lavrov sessiyada Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək.

Nuray Qafarzadə