Filippinin Manila şəhərində yaşayan bir qadının illərdir ibadət etdiyi heykəllə bağlı həqiqət sosial şəbəkə istifadəçilərini əyləndirib. Belə ki, dörd il əvvəl aldığı heykəli Budda zənn edən ev sahibəsi ona mütəmadi olaraq sitayiş edib.
Postxronika.az xəbər verir ki, bu maraqlı yanlışlıq qadının evinə gələn dostunun diqqəti sayəsində üzə çıxıb; məlum olub ki, "müqəddəs" fiqur əslində cizgi filmi qəhrəmanı Şrekdir. Həqiqəti öyrənən qadın əvvəlcə təəccüblənsə də, sonradan öz səhvinə gülüb. O, əsas məsələnin ibadət obyekti deyil, duaların səmimiyyəti olduğunu əsas gətirərək, "yaşıl div"i qurbangahda saxlamağa qərar verib.