Air France bahalı lüks xidmətlərə yatırdığı investisiyalar hesabına İran müharibəsinin aviasiya sektoruna təsirlərinə qarşı dayanıqlılıq nümayiş etdirir.

Postxronika.az Reuters-ə istinadən xəbər verir ki, aviaşirkət təyyarə yanacağının bahalaşması və səyahət axınlarının dəyişməsi fonunda premium xidmətlərini genişləndirib.

Air France təyyarələrdə lüks brendlərin məhsullarından istifadəni artırıb və ən gəlirli salonlara sərmayələri gücləndirib. Şirkətin baş direktoru Ben Smit bildirib ki, Parisin moda, qastronomiya və lüks turizm mərkəzi kimi nüfuzu bu strategiyaya kömək edir. Air France həmçinin “Emily in Paris” serialının yaratdığı maraqdan turist axınını artırmaq üçün istifadə edir.

 Nuray Qafarzadə