Dünya liderləri Yaxın Şərq və Ukraynadakı müharibələrin, eləcə də süni intellektin yaratdığı risklərin müzakirə olunacağı BMT Baş Assambleyasına qatılmaq üçün bu həftə Nyu-Yorka toplaşacaq.

Postxronika.az Reuters-ə istinadən xəbər verir ki, təxminən 130 dövlət və hökumət başçısının iştirak edəcəyi toplantıda ABŞ Prezidenti Donald Trampın ikinci dəfə tribunaya çıxışı gözlənilir.

Çin lideri Si Cinpin isə Nyu-Yorka getməyəcək və cümə axşamı Vaşinqtonda Tramp ilə görüşəcək. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının Ukrayna, Yaxın Şərq və süni intellekt üzrə yüksək səviyyəli görüşlər keçirməsi planlaşdırılır. Təşkilatın Baş katibi Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı ilin sonunda başa çatacaq və onun yerinə kimin seçiləcəyi hələ məlum deyil.

Nuray Qafarzadə