Slovakiyanın Baş naziri Robert Fiko Ukraynanın 2022-ci ildə sülh sazişi üzrə danışıqlardan çəkilməsini və sənədi imzalamamasını səhv adlandırıb.

Postxronika.az TASS-a istinadən xəbər verir ki, Fiko Rusiya ordusunun Ukrayna ərazisinin dərinliklərinə doğru irəlilədiyini və Rusiyanı nəzarətində saxladığı ərazilərdən çıxara biləcək beynəlxalq qüvvənin olmadığını bildirib. O, Qərbin Ukrayna münaqişəsi vasitəsilə Rusiyanı məğlub etmək strategiyasının uğursuz olduğunu deyib. Fiko hökumətinin Ukraynaya hərbi yardım və kreditlərin verilməsini dəstəkləmədiyini vurğulayıb. Slovakiya hökumət başçısı mümkün Rusiya-NATO qarşıdurmasını “ölümcül təhlükə” kimi qiymətləndirərək, sülh danışıqlarına mümkün qədər tez başlanmasına çağırıb.

Nuray Qafarzadə