Fransa Prezidenti Emmanuel Makron bazar günü Kanadanın Baş naziri Mark Karni ilə Fransanın Sen-Pyer və Mikelon arxipelaqında görüşəcək.
Postxronika.az Reuters-ə istinadən xəbər verir ki, səfər ABŞ Prezidenti Donald Trampın sosial şəbəkədə arxipelaqı ABŞ bayrağı ilə təsvir edən paylaşımından bir neçə həftə sonra baş tutacaq.
Makronun səfəri Fransanın ərazi üzərində suverenliyini və Kanada ilə yaxın əlaqələrini vurğulamaq məqsədi daşıyır. Kanada ABŞ-la ticarət gərginliyi fonunda Avropa İttifaqı ilə münasibətlərini dərinləşdirməyə çalışır. Sen-Pyer və Mikelon Fransanın Şimali Amerikada qalan yeganə ərazisidir.
Nuray Qafarzadə