ABŞ-ın aparıcı media qurumları olan CNN, "Politico" və MS NOW Ağ Evə giriş icazələri ləğv edildikdən sonra prezident Donald Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldıracaqlarını bəyan ediblər. Prezident Tramp bu qadağanı sözügedən təşkilatların onun komandası haqqında "uydurma və yalan" xəbərlər yayması ilə əsaslandıran paylaşım edib.
"Postxronika.az" BBC-yə istinadən xəbər verir ki, media şirkətləri verdikləri birgə bəyanatda hökumətin mətbuatın məzmununa müdaxilə etməməsi prinsipini və konstitusiya ilə təmin edilən mətbuat azadlığını müdafiə etmək üçün hüquqi müstəviyə müraciət etdiklərini bildiriblər. Baş verən hadisələrə etiraz olaraq ölkənin əsas televiziya kanalları dövlət başçısının tədbirlərini ortaq yayımlamaqdan imtina edərək "mətbuat hovuzu" sistemində fəaliyyəti dayandırıblar.
BMT Baş Assambleyasına səfəri zamanı Trampı işıqlandırmalı olan CNN əməkdaşları binaya buraxılmadıqları üçün canlı çəkilişləri Ağ Evin kənarındakı küçədən aparmaq məcburiyyətində qalıblar. Tramp isə ittihamları rədd edərək atılan addımın azad mətbuata deyil, yalnız "saxta xəbərlərə" qarşı yönəldiyini iddia edib.
Rəşad Hüseynov