Paramount Skydance “Warner Bros Discovery” şirkətinin 110 milyard dollarlıq satın alınmasına qarşı çıxan Kaliforniya və daha 11 ştatla razılığa gəlib.

Postxronika.az Reuters-ə istinadən xəbər verir ki, razılaşma sövdələşmənin tamamlanması qarşısındakı əsas maneələrdən birini aradan qaldırır.

Razılaşmaya əsasən, CNN və CBS üçün müstəqil redaksiya şuraları yaradılacaq və onların xəbər fəaliyyətinin müstəqilliyinin qorunması nəzərdə tutulur. Bundan əlavə, Paramount ildə 30 film buraxmaq öhdəliyini yerinə yetirmədiyi halda hər film üçün 30 milyon dollar cərimə ödəyəcək.

Birləşmə baş tutarsa, Hollivudun iki böyük kinostudiyası, iki əsas striminq platforması və iki kabel xəbər şəbəkəsi vahid sahiblik altında birləşəcək.

Nuray Qafarzadə