Ukrayna ilə dörd il yarımdan çox davam edən genişmiqyaslı müharibənin gətirdiyi ağır hərbi itkilərə, iqtisadi sanksiyalara və PUA zərbələri nəticəsində yaranan yanacaq qıtlığına baxmayaraq, Prezident Vladimir Putinin dəstəklədiyi hakim "Vahid Rusiya" partiyası Dövlət Dumasında konstitusiya çoxluğunu saxlayaraq böyük fərqlə qalib gəlib.
"Postxronika.az" BBC-yə istinadən xəbər verir ki, Kremlin tam nəzarəti altında keçən səsvermədə 5 faizlik baryeri aşaraq parlamentə daxil olan digər siyasi qüvvələr də Kremlin xarici siyasətini tam dəstəkləyən partiyalardan ibarət olub. Sülh tərəfdarı olan yeganə müxalif təşkilat — "Yabloko" partiyası isə mesajlarının xalq arasında rəğbət qazanmasından narahat olan Ali Məhkəmənin qərarı ilə səsverməyə cəmi bir neçə gün qalmış seçki siyahısından çıxarılıb.
Birmandatlı dairələrdə mübarizə aparan yüzə yaxın müxalif namizədin heç biri mandat qazana bilməyib və partiya rəhbərliyi təzyiqlər, həbslər, eləcə də müşahidəçilərə törədilən süni maneələr səbəbindən seçki prosesinin ədalətsiz keçdiyini bildirib. "Yabloko" sədri Nikolay Ribakov yeni parlamentin də əvvəlki kimi Putinin kursuna yüz faiz tərəfdar çıxacağını və ölkədə real siyasi dəyişikliyin baş vermədiyini vurğulayıb.
Rəşad Hüseynov