ABŞ və Çin ticarət atəşkəsinin müddətinin uzadılması barədə razılıq əldə edə bilməyib. Tərəflər arasında əsas fikir ayrılıqları nadir torpaq elementlərinin tədarükü və razılaşmanın müddəti ilə bağlı olub.

Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Financial Times” ABŞ mənbələrinə istinadən məlumat yayıb.

ABŞ razılaşmanın altı ay uzadılmasını, Pekin isə Donald Trampın prezidentlik müddətinin sonunadək qüvvədə qalmasını istəyir.

Vaşinqton həmçinin Çinin nadir torpaq elementlərinin tədarükü ilə bağlı öhdəliklərinin təxminən üçdə ikisini yerinə yetirdiyini hesab edir. Danışıqlar ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Çin lideri Si Cinpinin sentyabrın 23-25-də ABŞ-a dövlət səfəri ərəfəsində keçirilib.

Nuray Qafarzadə