Rusiyada sentyabrın 18-20-də keçirilən Dövlət Dumasına seçkilər başa çatıb və ilkin nəticələr parlamentdə əvvəlki beş partiyanın təmsil olunacağını göstərir.

Postxronika.az TASS-a istinadən xəbər verir ki, ilkin hesablamalara əsasən, “Vahid Rusiya” partiya siyahısı üzrə səsvermədə liderliyini qoruyub.

Onu Rusiya Federasiyası Kommunist Partiyası, Liberal Demokrat Partiyası, “Yeni İnsanlar” və “Ədalətli Rusiya – Həqiqət uğrunda” partiyaları izləyir. Seçkilərdə 450 deputatla yanaşı, qubernatorlar və regional qanunverici orqanların üzvləri də müəyyənləşdirilib.

TASS-ın məlumatına görə, səsvermə prosesinə xaricdən həyata keçirilən kiberhücumlar və dron hücumları ilə maneə yaradılmasına cəhd göstərilib.

Nuray Qafarzadə