Britaniya Muzeyi 1066-cı ildə normanların İngiltərəni fəth etməsi və tarixi Hastiqs döyüşünə aparan hadisələri əks etdirən XI əsrə aid məşhur Bayö qobeleninin şəklinin çəkilməsini ziyarətçilərə rəsmən qadağan edib. Kuratorlar əvvəlcə fotoşəkil çəkilişinə icazə versələr də, 68 metrlik orta əsr sənət əsəri boyunca insanların çəkiliş üçün duraxlaması uzun növbələrin yaranmasına və biletli ziyarətçilərin məkana girişinin ciddi şəkildə gecikməsinə səbəb olub.

"Postxronika.az" BBC-yə istinadən xəbər verir ki, muzey rəhbərliyi hər 40 dəqiqədən bir qruplar halında məkana daxil olan insanların vahid istiqamətdə kəsintisiz hərəkətini təmin etmək və hamı üçün bərabər baxış şəraiti yaratmaq məqsədilə bu ciddi məhdudiyyəti tətbiq etmək qərarına gəlib. Fransanın Normandiya bölgəsindəki daimi yerindən iki ölkə arasında əldə edilən tarixi razılaşma əsasında gətirilən bu misilsiz eksponat xüsusi iqlim nəzarəti olan qutuda, polis müşayiəti ilə 350 milli məsafə qət edərək Londona daşınıb və 2027-ci ilin iyul ayınadək sərgilənəcək.

Sərgiyə giriş biletlərinin qiymətinin Fransadakı analoji göstəricidən üç dəfəyə qədər baha olması müəyyən tənqidlərə yol açsa da, dekabrın sonunadək nəzərdə tutulan bütün biletlər artıq tamamilə satılıb. Əsərin orijinalını görmək imkanı əldə edə bilməyənlər üçün runsurəti Redinq Muzeyində və Tyuksberi Abbatlığında ödənişsiz olaraq nümayiş etdirilir

Rəşad Hüseynov