Ukrayna Silahlı Qüvvələri Rusiyanın xüsusi hərbi əməliyyat keçirdiyi ərazidə son sutka ərzində təxminən 1 440 hərbçi itirib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, “Şimal” qoşun qrupunun məsuliyyət zonasında Ukraynanın 265-dən çox, “Qərb” istiqamətində 220-dən çox, “Cənub”da 215-dən çox hərbçisi itki verib. “Mərkəz” istiqamətində itkilərin sayı 430-dan çox, “Şərq”də 260-dan çox, “Dnepr” istiqamətində isə 50-yə qədər olub.
Nuray Qafarzadə