83-cü “Qızıl Qlobus Mükafatları” ikinci il ardıcıl olaraq komediyaçı Nikki Glaserin aparıcılığı ilə bazar günü Beverli-Hillsdə keçirildi və möhtəşəm bir mükafat gecəsindən gözlənilən bütün həyəcan və təmtəraqla yadda qaldı.
Gecəyə daxil olarkən tənqidçilərin sevimliləri artıq bəlli idi. Kino sahəsində One Battle After Another doqquz nominasiya ilə önə çıxırdı. Onu Joachim Trier imzalı Sentimental Value (səkkiz nominasiya) və Ryan Cooglerın Sinners filmi (yeddi nominasiya) yaxından izləyirdi. Televiziya cəbhəsində isə The White Lotus və Adolescence gecənin ulduz layihələri hesab olunurdu. Lakin əsas sual bu idi: hansı şəxslər və hansı layihələr — bu il ilk dəfə təqdim edilən “Ən Yaxşı Podkast” kateqoriyası da daxil olmaqla -Qızıl Qlobusla mükafatlandırılacaqdı? Bunu öyrənməyin yalnız bir yolu vardı.
2026 Qızıl Qlobus Mükafatlarında kino və televiziya sahələrində mükafat qazanan bütün əsas adlar burada:
Film Kateqoriyaları və Qaliblər
Ən Yaxşı Film – Drama-
Hamnet
Ən Yaxşı Film – Musiqili və Komediya- One Battle After Another
Ən Yaxşı Xarici Dildə Film
The Secret Agent (Braziliya)
Ən Yaxşı Animasiya Filmi
KPop Demon Hunters
Aktyor Kateqoriyaları (Kino)
Ən Yaxşı Qadın Aktyor – Drama
Jessie Buckley – Hamnet
Ən Yaxşı Kişi Aktyor – Drama
Wagner Moura – The Secret Agent
Ən Yaxşı Qadın Aktyor – Musiqili və ya Komediya
Rose Byrne – If I Had Legs I’d Kick You
Ən Yaxşı Kişi Aktyor – Musiqili və ya Komediya
Timothée Chalamet – Marty Supreme
Ən Yaxşı İkinci Plan Qadın Aktyor
Teyana Taylor – One Battle After Another
Ən Yaxşı İkinci Plan Kişi Aktyor
Stellan Skarsgård – Sentimental Value
Kino və Kassada Uğur Mükafatı
Sinners
Yaradıcılıq Kateqoriyaları
Ən Yaxşı Rejissor
Paul Thomas Anderson – One Battle After Another
Ən Yaxşı Ssenari
Paul Thomas Anderson – One Battle After Another
Ən Yaxşı Orijinal Mahnı
Golden” (KPop Demon Hunters) – Joong Gyu Kwak, Yu Han Lee, Hee Dong Nam, Jeong Hoon Seo, Park Hong Jun, Kim Eun-jae (EJAE), Mark Sonnenblick
Televiziya Kateqoriyaları və Qaliblər
Ən Yaxşı Serial – Drama
The Pitt
Ən Yaxşı Serial – Komediya və ya Musiqili
The Studio
Ən Yaxşı Mini-serial
Adolescence
Aktyor Kateqoriyaları (Televiziya)
Ən Yaxşı Qadın Aktyor – Drama
Rhea Seehorn – Pluribus
Ən Yaxşı Kişi Aktyor – Drama
Noah Wyle – The Pitt
Ən Yaxşı Qadın Aktyor – Komediya və ya Musiqili
Jean Smart – Hacks
Ən Yaxşı Kişi Aktyor – Komediya və ya Musiqili
Seth Rogen – The Studio
Mini-serial Kateqoriyaları
Ən Yaxşı Qadın Aktyor – Mini-serial
Michelle Williams – Dying for Sex
Ən Yaxşı Kişi Aktyor – Mini-serial
Stephen Graham – Adolescence
Ən Yaxşı İkinci Plan Qadın Aktyor
Erin Doherty – Adolescence
Ən Yaxşı İkinci Plan Kişi Aktyor
Owen Cooper – Adolescence
Digər Kateqoriyalar
Ən Yaxşı Stand-up Şousu
Ricky Gervais – Mortality
Ən Yaxşı Podkast
Good Hang with Amy Poehler
Mənbə:Vogue