ABŞ Prezidenti Donald Trampın administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar hazırlayıb və onların yaxın zamanda elan edilməsi planlaşdırılır.
Postxronika.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə məsələ ilə tanış iki mənbə məlumat verib.
Məlumata görə, Vaşinqton məhkəmənin fəaliyyətini zəiflətmək məqsədilə daha əvvəl bir sıra hakim və prokurorlara qarşı sanksiyalar tətbiq edib. ABŞ rəsmiləri məhkəmənin İsrail liderləri barədə həbs qərarlarını ləğv etməsini və Əfqanıstandakı ABŞ hərbçiləri ilə bağlı əvvəlki araşdırmanı dayandırmasını istəyir.
Məhkəmənin və onunla əməkdaşlıq edən qurumların bütövlükdə hədəfə alınmasının fəaliyyətinə ciddi təsir göstərə biləcəyi bildirilir.
Nuray Qafarzadə