"Paramount Skydance" media nəhəngi "Warner Bros Discovery" şirkətini 110 milyard dollara satınalma müqaviləsinin qarşısını almaq üçün məhkəməyə müraciət etmiş Kaliforniya və digər 11 ştatla razılıq əldə edərək sövdələşmənin önündəki son böyük maneələrdən birini dəf edib. Əldə olunan razılaşmaya əsasən, CNN və CBS telekanalları üçün müstəqil redaksiya şuraları təsis ediləcək, həmçinin "Paramount" ildə 30 film buraxmaq öhdəliyini pozacağı təqdirdə hər çatışmayan kinolent üçün 30 milyon dollar cərimə ödəyəcək.
"Postxronika.az" Reuters-ə istinadən xəbər verir ki, bu barədə məlumat verən mənbələr razılaşmanın Hollivudun kino, televiziya, striminq və xəbər sektorunda güclərin mərkəzləşməsinə dair aylarla davam edən hüquqi mübahisələrə yekun vurduğunu bildirirlər. ABŞ ştatları ilə əldə edilən bu konsensus, sövdələşmənin sentyabrın 30-dək tamamlanmaması halında "Paramount"un günə 7 milyon dollar cərimə ödəmək riskini də aradan qaldırır.
Bununla belə, Avropa İttifaqı və Böyük Britaniyanın antiinhisar orqanlarının artıq yaşıl işıq yandırdığı bu tarixi birləşmə yolunda hüquqi maneələr tam tükənməyib. Amerika Yazıçılar Gildiyası müqavilənin ssenaristlərin məvaciblərini azaldacağını və iş şəraitini pisləşdirəcəyini iddia edərək sövdələşmənin dayandırılması tələbi ilə məhkəmə mübarizəsini sürdürür.
Rəşad Hüseynov