ABŞ Prezidenti Donald Trampın Floridada hava limanına gedən yolu üzərində "şübhəli əşya" aşkar edilməsi təhlükəsizlik qüvvələrini hərəkətə keçirib. 

Postxronika.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Karolin Livitt Palm Biç Beynəlxalq Hava Limanı yaxınlığında aparılan yoxlamalar zamanı naməlum obyektin tapıldığını təsdiqləyib. Hadisə ilə əlaqədar prezident karvanının hərəkət istiqaməti dərhal dolanbac yollarla əvəzlənib.

ABŞ Məxfi Xidməti bu addımın standart protokola uyğun ehtiyat tədbiri olduğunu bildirib. Təhlükəsizlik səbəbindən "Air Force One" təyyarəsi limanın fərqli nöqtəsində park edilib və xarici işıqları söndürülüb. 

Marşrut dəyişikliyi zamanı müşayiət edən avtomobillər arasında toqquşma riski yaransa da, Tramp mənzil başına sağ-salamat çatdırılıb. Hazırda aşkar edilmiş əşyanın mahiyyəti ilə bağlı araşdırma aparılır.