Baltikyanı NATO ölkəsi olan Litva Rusiyadan qaynaqlanan davamlı hərbi risklər fonunda mülki əhalinin şəhərlərdən təhlükəsiz təxliyəsini nəzərdə tutan müxtəlif ssenarilər hazırlasa da, mümkün hücum zamanı işğalçılara qarşı sonunadək müqavimət göstərəcəyini bəyan edib. Baş nazir Mindauqas Sinkeviçius hava məkanının tez-tez pilotsuz uçuş aparatları ilə pozulması səbəbindən litvalıların təhdidləri hər an hiss etdiklərini və yaşlı vətəndaşların nizamlı təxliyyəsini təmin etmək üçün gizli planların işlənib hazırlandığını diqqətə çatdırıb.
"Postxronika.az" BBC-yə istinadən xəbər verir ki, Rusiyanın Kalininqrad anklavı ilə sərhəddə yerləşən ölkədə Alyansın, o cümlədən ABŞ və Almaniyanın minlərlə hərbçisi dislokasiya olunub və Prezident Gitanas Nauseda amerikalı hərbçilərin yeni rotasiya qrupunun ölkəyə gəldiyini təsdiqləyib. Eyni zamanda, NATO qırıcılarının son olaraq Litva sərhədini keçən PUA-nı vurması və Vilnüs hava limanının Belarus tərəfindən həyata keçirilən "hibrid hücum" səbəbindən fəaliyyətini dayandırması regionda gərginliyi Pik həddə çatdırıb.
Sinkeviçius Qərb müttəfiqlərini, xüsusən də Böyük Britaniyanı müdafiə konsepsiyasına yanaşmada kəskin "təfəkkür dəyişikliyi" etməyə çağıraraq, Litvanın cəbhə xəttinə daha yaxın olduğunu xatırladıb. İnsidentlərin artdığı bir vaxtda Vilnius rəhbərliyi milli təhlükəsizliyi təmin etmək üçün bütün qabaqlayıcı tədbirləri gördüyünü vurğulayır
Rəşad Hüseynov