Çin Xalq Respublikasının Sədri Si Tszinpinin bu həftə Birləşmiş Ştatlara nəzərdə tutulan rəsmi səfəri çərçivəsində ABŞ Prezidenti Donald Trampla keçiriləcək sammitdə Tayvana hərbi təchizatın dayandırılmasını tələb edəcəyi gözlənilir. Pekin rəhbərliyi özünün ayrılmaz ərazisi hesab etdiyi adaya silah verilşini ən həssas diplomatik qırmızı xətt adlandıraraq Vaşinqtonu beynəlxalq öhdəliklərə əməl etməyə çağırır.
"Postxronika.az" Reuters-ə istinadən xəbər verir ki, Çin liderinin ABŞ Milli Arxivində təşkil olunacaq rəsmi görüşdə İki ölkə arasında 1982-ci ildə imzalanmış üçüncü "Birgə Kommünike"yə istinad edərək Taypeylə uzunmüddətli hərbi əməkdaşlığın dayandırılması tələbini rəsmən gündəmə gətirəcəyi proqnozlaşdırılır. Həmin tarixi sənədə əsasən, Birləşmiş Ştatlar Tayvana silah satışını tədricən məhdudlaşdırmaq və bu prosesi tamamilə dayandırmaq niyyətini bəyan etmişdi.
Rəsmi diplomatik münasibətlərin bulunmamasına baxmayaraq, Amerika Birləşmiş Ştatları daxili qanunvericiliyinə istinad edərək demokratik idarəçiliyə malik adanın özünümüdafiə imkanlarını təmin etməyi hüquqi öhdəlik hesab edir. Pekinin suverenlik iddialarını qətiyyətlə rədd edən Tayvan hökuməti isə Vaşinqtonla hərbi tərəfdaşlığın davam etdirilməsini ada təhlükəsizliyinin əsas zəmanəti kimi dəyərləndirir
Rəşad Hüseynov