Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakının bir sıra ərazilərində su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin mühafizə zonalarında aparılan qanunsuz tikintilərə görə məcburi köçürülmələrin zəruri olacağını bildirib.
Postxronika.az xəbər verir ki, Onun sözlərinə görə, bu addımlar magistral kanallara çıxışın təmin edilməsi və su infrastrukturunun qorunması məqsədi daşıyır. Köçürülməsi nəzərdə tutulan obyektlərin siyahısı Nazirlər Kabinetinə təqdim ediləcək və müvafiq qərarlardan sonra prosesin icrasına başlanılacaq.