Yanvarın 12-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sudanlı həmkarının müavini Müaviyə Osman Xalid ilə görüşüb.
Postxronika.az "Nuhçıxan"a istinadən xəbər verir ki, tərəflər ölkələr arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq perspektivlərini, habelə regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Görüşdə BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində tərəfdaşlıq, eləcə də Sudanın COP29-dakı fəal iştirakı yüksək qiymətləndirilib.
Müzakirələr zamanı energetika, təhsil, humanitar sahə və "ASAN xidmət" təcrübəsinin tətbiqi kimi prioritet istiqamətlərə toxunulub. Sudan tərəfi tələbələrinə ayrılan təhsil təqaüdlərinə görə Azərbaycana minnətdarlığını bildirib.
Eyni gündə hər iki ölkənin XİN rəsmilərinin iştirakı ilə geniş tərkibli siyasi məsləhətləşmələr də baş tutub. Bu təmaslar Bakı və Xartum arasında siyasi dialoqun daha da dərinləşməsinə xidmət edir.