“Azercell Telekom” MMC rouminq internet paketlərini yeniləyib. Yenilənmiş paketlər abunəçilərə xaricdə internetdən daha sərfəli istifadə imkanı yaradır. Beləliklə, səyahət zamanı internetdən rahat istifadə etmək və yaxınlarla fasiləsiz əlaqədə qalmaq mümkündür.
Postxronika.az xəbər verir ki, yeni rouminq paketləri 500 MB, 2 GB, 5 GB və 10 GB həcmində təqdim olunur.
Qısa səfərlər üçün 500 MB paket 3 gün müddətinə 10 AZN, 2 GB paket isə 10 gün müddətinə 25 AZN-dir. Daha uzun müddətli istifadə üçün 30 günlük 5 GB paket 50 AZN, 10 GB paket isə 75 AZN-ə təklif olunur.
Bu paketlər 100-dən çox ölkədə 260 operatorun şəbəkəsində keçərlidir.
Paketlərlə bağlı ətraflı məlumat Azercell-in rəsmi saytında yerləşdirilib.