İspaniya Xarici İşlər Naziri Xose Manuel Albares bildirib ki, ABŞ-ın Qrenlandiya ilə bağlı hər hansı planına qarşı lazım gələrsə, NATO adadakı təhlükəsizliyi gücləndirə bilər.

Postxronika.az xəbər verir ki, Albares vurğulayıb ki, əgər Qrenlandiya və ya Arktik bölgədə NATO təhlükəsizliyini təhdid edən hallar yaranarsa, müttəfiqlərlə birgə tədbirlər görüləcək. O, həmçinin Avropanın artıq sadəcə danışmaqla kifayətlənməyib, real addımlar atmalı olduğunu qeyd edib.