Bir əsrdən artıqdır istifadə olunan, qolu sıxan ənənəvi təzyiq ölçmə cihazları tarixə qovuşur.

Tədqiqatçılar qan təzyiqini yalnız ultrasəs dalğalarından istifadə etməklə, dəriyə heç bir təzyiq göstərmədən ölçə bilən yeni sensor hazırlayıblar.

Postxronika.az "Haber Global" a istinadən xəbər verir ki, yeni texnologiya dəriyə yapışdırılan kiçik bir plastır (yama) və ya taxıla bilən cihaz formasında işləyir.
Qurğu ultrasəs dalğalarını dərinin dərin qatlarına göndərərək arteriyalardakı ən xırda dəyişiklikləri izləyir. Bu sayədə qan təzyiqi qolu sıxmağa ehtiyac olmadan real vaxtda və fasiləsiz ölçülə bilir.

Beləliklə, ənənəvi təzyiq aparatlarının yaratdığı narahatlıq və “ağ xalat sindromu” (həkim yanında təzyiqin qalxması) riski aradan qalxır.
Mövcud cihazlar yalnız ölçmə anındakı göstəricini təqdim etdiyi halda, bu sensor yuxu zamanı və ya hərəkət halında gün boyu təzyiqi izləyə bilir.
Xüsusilə reanimasiya şöbəsində olan xəstələr və davamlı təzyiq nəzarətinə ehtiyacı olan xroniki xəstələr üçün cərrahi müdaxilə tələb etməyən, rahat bir həll təklif edir.

Tədqiqatçılar bildirirlər ki, bu texnologiya ilkin mərhələdə klinik mühitlərdə istifadə olunacaq, ancaq qısa müddət ərzində ağıllı saatlərə və smartfonlara inteqrasiya edilərək  ev şəraitində də istifadə ediləcək.