Bir çox insanın ağlına ingilislər deyəndə südlü çay gəlsə də, onların xüsusilə payız və qış aylarında üstünlük verdikləri daha bir ənənəvi içki var: alma çayı.

Postxronika.az "Ensonhaber"ə istinadən xəbər verir ki, bu üsul İngilis tibb ənənəsində yer alan, tamamilə təbii qorunma yolu kimi tanınır.

İçkinin əsasını almanın qabığında olan güclü antioksidant kuersetin, C vitamini və bəzi ədviyyatların isti suda öz təsirini buraxması təşkil edir.

Mütəxəssislərə görə, kuersetin orqanizmi infeksiyalara qarşı qorumaqda mühüm rol oynayır. Bu maddə əsasən almanın qabığında olduğu üçan qabıqlı alma istifadə etmək lazımdır.

Tərkibə əlavə edilən darçın, mixək və ya zəncəfil kimi ədviyyatlar isə həm içkinin təsirini gücləndirir, həm də bədənin müqavimətini artırır.
İngiltərədə bu içki əsasən soyuqdəymə əlamətləri başlamazdan əvvəl qoruyucu məqsədlə istifadə olunur.