"Geniş Aile" serialında canlandırdığı Cevahir obrazı ilə hər kəsin rəğbətini qazanan məşhur türkiyəli aktyor Ufuk Özkanın səhhətində ciddi problemlər yaranıb. Yeni layihəsi üçün "Hollivud pəhrizi" saxlayaraq qısa müddətdə təxminən 17 kiloqram çəki itirən aktyorun immun sistemi zəifləyib və ona üçüncü dərəcəli qaraciyər çatışmazlığı diaqnozu qoyulub. Vəziyyəti pisləşən və evdə müalicəsi mümkün olmayan Özkan dərhal xəstəxanaya yerləşdirilib.
Həkimlərin ilkin rəyinə görə, prosesin qarşısı alınmazsa, aktyorun həyatı üçün ciddi təhlükə yarana bilər.
Postxronika.az xəbər verir ki, mütəxəssislər qaraciyər transplantasiyasına ehtiyac ola biləcəyini və müvafiq donor tapılmadığı təqdirdə aktyorun ömrünün qısa müddətlə məhdudlaşa biləcəyini istisna etmirlər. Hazırda xəstəxanada müalicəsi davam etdirilən sənətçi, vəziyyətinin ciddiliyini təsdiqləsə də, mübarizə əzmini itirmədiyini və sevənlərinin dualarına ehtiyacı olduğunu bildirib.