“Paramount Skydance” şirkəti “Warner Bros. Discovery”nin idarə heyətinə yeni üzvlər namizəd göstərməyi planlaşdırdığını açıqlayıb.
“Reuters” xəbər verir ki, şirkət həmçinin rəqibinin digər sövdələşməsi ilə bağlı maliyyə detallarının açıqlanması tələbi ilə məhkəməyə müraciət edib.
Məlumata görə, bu, David Ellisonun rəhbərlik etdiyi şirkətin WBD səhmdarlarını öz təkliflərinin daha üstün olduğuna inandırmaq üçün atdığı ən ciddi addımlardan biridir. Belə ki, hazırda WBD uğrunda mübarizədə “Paramount”un səhm başına 30 dollar təklifi ilə “Netflix”in 27.75 dollarlıq təklifi rəqabət aparır.
Şirkət Delaver Məhkəməsində qaldırdığı iddiada “Warner Bros”dan “Netflix”lə 82.7 milyard dollarlıq sövdələşmənin detallarını şəffaf şəkildə açıqlamasını tələb edir.