Respublika ərazisində hava şəraitinin dəyişməsi və yağıntıların artması ilə əlaqədar yollarda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi zərurəti yaranıb.

Postxronika.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dumanlı və yağıntılı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.

Qurum sürücülərə sürət həddini hava şəraitinə uyğun seçməyi, ara məsafəsini gözləməyi və kəskin manevrlərdən çəkinməyi tövsiyə edir. Həmçinin, avtomobilin işıq cihazlarının sazlığına diqqət yetirilməli, duman əleyhinə işıqlardan yalnız zərurət olduqda istifadə edilməlidir. Piyadalar da məhdudgörmə şəraitində yolu keçərkən daha ehtiyatlı davranmağa çağırılır.