Hüquq-mühafizə orqanları tərəfindən yanvarın 12-də axtarışda olan şəxslərin tapılması istiqamətində uğurlu əməliyyatlar həyata keçirilib.
Postxronika.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərinə məlumat vermədən evi tərk edərək itkin düşmüş sayılan 6 nəfər tapılıb.
Həmin şəxslər aidiyyəti üzrə təhvil veriliblər. Eyni zamanda dələduzluq əməllərinə görə barələrində axtarış elan olunmuş 10 nəfər saxlanılaraq istintaq orqanlarına təqdim edilib.