Daxili İşlər Nazirliyi yanvarın 12-də ölkə ərazisində baş vermiş cinayət hadisələri və görülən tədbirlər barədə statistikanı açıqlayıb.
Postxronika.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin məlumatına əsasən, gün ərzində 61 cinayət faktı qeydə alınıb, keçmiş dövrlərdən bağlı qalan 3 cinayətin üstü açılıb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyatlar nəticəsində cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb, axtarışda olan 97 nəfər (onlardan 80-i borclu) aidiyyəti üzrə təhvil verilib. Bundan əlavə, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 36, qanunsuz silah saxlanılmasına görə isə 22 fakt müəyyən edilib.