Göyçay rayonunda gecə saatlarında mənzilə basqın edərək ev sahibinə hədə-qorxu gələn şəxs polis tərəfindən ifşa olunub.
Postxronika.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun yaydığı məlumata görə, əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş 38 yaşlı Fərid Qəribov saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, F.Qəribov kamuflyaj geyimində naməlum şəxs kimi evə daxil olub və kəsici alətlə ev sahibindən pul tələb edib. Şübhəli şəxsin evinə baxış keçirilərkən oradan əlavə olaraq 5 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.