Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyası Mərkəzi Qərar və İdarə Heyətinin iclasında Hələbdəki son hadisələri geniş təhlil edib.
Postxronika.az xəbər verir ki, dövlət başçısı türklər, ərəblər və kürdlər arasındakı tarixi bağların qorunmasının vacibliyini önə çəkərək, təxribatlara qarşı hər kəsi diqqətli olmağa çağırıb.
Ərdoğan vurğulayıb ki, Hələbin YPG ünsürlərindən təmizlənməsi Suriyada daimi sülhün və təhlükəsizliyin bərpası istiqamətində atılmış həlledici addımdır.
Prezident rəsmi Dəməşqin əhatəli yanaşma nümayiş etdirməsinin Suriya xalqının xeyrinə olacağını və bu prosesin həssaslıqla idarə edilməli olduğunu bildirib. O, həmçinin 10 Mart Razılaşmasının icrası üçün yaranmış tarixi fürsətdən istifadə etməyin zəruriliyini qeyd edib.
Türkiyənin milli təhlükəsizliyini qorumaq üçün bütün lazımi tədbirlərin görüldüyü və bölgədə sabitliyin təmini üçün səylərin davam etdiriləcəyi xüsusi vurğulanıb.