Norveçdə keçirilən "İlin idmançısı" səsverməsinin yekun nəticələri ölkənin idman ictimaiyyətində ciddi narazılıq və müzakirələrə səbəb olub.

Postxronika.az xəbər verir ki, 2025-ci ildə Trondheymdə baş tutan dünya çempionatında altı qızıl medal qazanan xizəkçi Yohannes Klebo kənarda qaldığı halda, mükafat "Mançester Siti"nin ulduz futbolçusu Erlinq Halanda təqdim edilib.

Norveç Xizək Assosiasiyasının prezidenti Tove Moe Djerhauq bu seçimi sərt tənqid edərək, Klebonun mükafatı almaq üçün daha nə etməli olduğunu sual edib. Keçmiş xizəkçi Pol Qolberq də həmkarının mümkün olan bütün titullara yiyələndiyini xatırladaraq, onun əməyinin qiymətləndirilməməsini "qəddarlıq" kimi xarakterizə edib. Qeyd edək ki, təcrübəli idmançı ötən mövsüm həm ev mundialında mütləq nəticə göstərib, həm də Dünya Kubokunun sahibi olub.