"RB Leypsiq"in hücumçusu Timo Verner karyerasında yeni mərhələyə qədəm qoyaraq Avropa futbolundan ayrılmağa hazırlaşır.
Postxronika.az xəbər verir ki, jurnalist Fabritsio Romanonun yaydığı məlumata əsasən, almaniyalı futbolçu MLS təmsilçisi "San Xose Ertkveyks" (San Jose Earthquakes) ilə şifahi razılıq əldə edib. Tərəflərin yaxın günlərdə rəsmi müqavilə imzalayacağı gözlənilir.
Son mövsümlərdə həm "Leypsiq"də, həm də "Tottenhem"dəki icarə müddətində qol orucunu poza bilməyən forvardın performansı nəzərəçarpacaq dərəcədə enib.
Hazırda "Transfermarkt" tərəfindən 3 milyon avro dəyərində qiymətləndirilən Verner özünü okeanın o tayında sübut etməyə çalışacaq.