İspaniya Super Kubokunun finalında yaşanan uğursuzluq "Real"da baş məşqçi dəyişikliyi ilə nəticələnib.

Postxronika.az xəbər verir ki, "Barselona"ya 2:3 hesablı məğlubiyyətdən dərhal sonra klub rəhbərliyi Xabi Alonsonu vəzifəsindən azad edib. Komandanın yarımmüdafiəçisi Federiko Valverde sabiq çalışdırıcısı ilə vidalaşaraq, ona və məşqçilər korpusuna gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, 2025-ci ilin yayından "Kral klubu"na rəhbərlik edən mütəxəssisi müvəqqəti olaraq Alvaro Arbeloa əvəzləyəcək. Hazırda Madrid təmsilçisi La Liqada 45 xalla ikinci, Çempionlar Liqasında isə 12 xalla yeddinci pillədə qərarlaşıb.