Avstraliyada hər il keçirilən nüfuzlu "Adelaida Yazıçılar Həftəsi" ətrafında yaranan siyasi gərginlik tədbirin tamamilə ləğvi ilə nəticələnib.

Postxronika.az xəbər verir ki, fələstinli əsilli müəllif Randa Əbdül-Fəttahın dəvətinin "mədəni həssaslıq" bəhanəsi ilə geri götürülməsinə etiraz edən 180-dən çox yazar kütləvi şəkildə proqramdan imtina edib. Bondi çimərliyindəki terror aktından sonra verilən bu qərara reaksiya olaraq, aralarında Yeni Zelandiyanın sabiq baş naziri Cakinda Ardern və Zadi Smitin də olduğu məşhurlar, həmçinin idarə heyəti istefa verib. Təşkilatçılar yaranan vəziyyətə görə üzr istəsələr də, xanım Əbdül-Fəttah bu addımı irqçilik və təhqir adlandıraraq barışığı rədd edib. Nəticədə genişmiqyaslı boykotla üzləşən komitə etimadı bərpa edə bilməyəcəyini anlayaraq builki ədəbiyyat bayramını keçirməməyi qərara alıb.