Avropa Basketbol Liqası (Avroliqa) okeanın o tayındakı həmkarı NBA-ya rəsmi xəbərdarlıq edərək qitədə yeni layihə yaratmaq cəhdlərinə görə hüquqi tədbirlər görüləcəyini bəyan edib.
Postxronika.az xəbər verir ki, yanvarın 14-də baş tutacaq kritik iclasda yeni 10 illik müqaviləyə hələ imza atmamış "Real", "Barselona", "Fənərbaxça" və ASVEL-in taleyinə aydınlıq gətiriləcək. Klubların qəti qərar verməsi üçün son tarix cümə gününə təyin edilsə də, mövcud qaydalara əsasən bu proses 2026-cı ilin iyununa qədər davam edə bilər.
Gözləntilərə görə, "Barselona" və Türkiyə təmsilçisi "Fənərbaxça" tezliklə liqa rəhbərliyi ilə razılığa gələcək, lakin "Real"ın mövqeyi qeyri-müəyyən olaraq qalır. Toni Parkerin rəhbərlik etdiyi ASVEL-in turniri tərk etməsi gündəmdə olduğu halda, "A" lisenziyası olmayan digər iştirakçılar da danışıqlara qatılmaq üçün rəsmi müraciət ünvanlayıblar.