Azərbaycan Ordusunda hərbi intizamın daha da möhkəmləndirilməsi istiqamətində yeni sənəd qəbul edilib.

Postxronika.az xəbər verir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Hərbi Prokurorluğu arasında 2026-cı il üçün nəzərdə tutulan birgə tədbirlər planı imzalanıb.

Sənədin əsas məqsədi cari il ərzində orduda hərbi intizamın gücləndirilməsi və baş verə biləcək hüquq pozuntularının qarşısının alınmasıdır. İmzalanan plana əsasən, il boyu həyata keçiriləcək tədbirlər, onların icra müddəti, keçiriləcəyi məkanlar və cavabdeh şəxslər dəqiqləşdirilib.

Görüşlər və maarifləndirmə işləri aparılacaq

Təsdiqlənmiş plana uyğun olaraq, 2026-cı il ərzində aşağıdakı istiqamətlərdə Hərbi Prokurorluq əməkdaşları ilə hərbi qulluqçuların görüşləri təşkil ediləcək:

Müdafiə Nazirliyinin tabeliyindəki qoşun (qüvvə) növləri:

Birlik, birləşmə və hərbi hissələr:

Xüsusi təyinatlı təhsil müəssisələri.

Görüşlər zamanı şəxsi heyətin hüquqi biliklərinin artırılması, qanunçuluğun möhkəmləndirilməsi və mövcud problemlərin həllinə yönəlmiş konkret addımların atılması nəzərdə tutulur.