ABŞ İranda davam edən etirazlar və təhlükəsizlik risklərinə görə vətəndaşlarına “dərhal ölkəni tərk edin” çağırışı edib.
Postxronika.az xəbər verir ki, ABŞ-nin virtual səfirliyi vətəndaşlardan “yardımsız İranı tərk etmə planı hazırlamaqlarını” istəyib. Əgər ayrılmaq mümkün deyilsə, evdə və ya təhlükəsiz binada qalmaq tövsiyə olunur.
Beynəlxalq insan hüquqları təşkilatlarının məlumatına görə, 28 dekabrdan başlayan etirazlarda 646 nəfər həyatını itirib, 10 721 nəfər isə həbs olunub, onların arasında 133 polis əməkdaşı və bir prokuror da var. Etirazların artması ilə 9 yanvar tarixində ölkədə internet kəsilmişdi.
Qeyd edək ki, bəyannamədə ABŞ-nin diplomatiyaya üstünlük verdiyi, lakin hər zaman hərbi variantın masada olduğu vurğulanıb.